Epilepsiya Müalicəsi

Epileptik tutma, beyin hüceyrələrində meydana gələn anormal və ya həddindən artıq elektrik fəaliyyəti nəticəsində huşun itirilməsi, bədəndə büzülmələr və anormal hərəkətlərlə ortaya çıxan müvəqqəti əlamətlərdir. İlk tutma, epilepsiyanın xəbərçisi ola biləcəyi kimi, mühüm bir beyin xəstəliyinin də ilk göstəricisi ola bilər.

Lakin beyindəki bu anormal və həddindən artıq fəaliyyət daimi epileptik tutma yaratma meyllində isə və tutmalar təkrarlanırsanə, bu vəziyyəti epilepsiya olaraq təyin etmək lazımdır.

Cəmiyyətin 10%-i həyatında bir dəfə olsun tutma keçirir. Bu heç də az bir nisbət deyil. Həmçinin bir dəfə tutma keçirməkdən başqa təkrarlanan tutmalar, yəni epilepsiya xəstəliyi də cəmiyyətdə olduqca tez-tez görülür. İstər ilk tutma olsun, istərsə də təkrarlanan epileptik tutmalar olsun xəstələri ətraflı şəkildə qiymətləndirmək, düzgün diaqnoz qoymaq və müalicədə gec qalmamaq olduqca vacibdir. Müalicə edilməyən epilepsiyaların fiziki, ruhi və sosial cəhətdən ağır və mənfi nəticələri ola bilər.

Epilepsiya klinik bir diaqnozdur. Bu səbəbdən xəstənin yaxınları diqqətlə və titizliklə dinlənilməli, lazım gələrsə yaxınlarından, ətrafından da məlumat alınmalıdır. Əgər varsa, tutma zamanı çəkilmiş video görüntüləri olduqca faydalı ola bilər. Əgər xəstənin tutma xüsusiyyətləri yaxşı başa düşülsə diaqnoz qoyması asanlaşacaq. Bu səbəbdən tutma ilə gələn hər xəstənin hekayəsini titizliklə sorğulamaq, ətraflı müayinə etmək və vaxt ayırmaq lazımdır.

Yenə də diaqnoz qoyula bilməyən xəstələrdə laboratoriya araşdırmaları, elektroensefoloqrafiya (EEG) araşdırması və digər görüntüləmə üsullarına müraciət edilə bilər.

Sorularınız için bize ulaşın +90 544 660 40 10

Bize mesaj yolu ile de ulaşabilirsiniz

Size en kısa sürede dönüş yapacağız.